Bİznes maraqlarınızı
hər addımda qoruyuruq.
Xidmət göstərdiyimiz sahələr üzrə 15 ildən çox təcrübəmizdən yararlanaraq, sifarişçilərimizi biznes risklərindən müdafiə edirik və biznesin inkişafına töhfələr veririk.

Biz Sizin biznes maraqlarınızı hər addımda qoruyuruq!
Haqqımızda
|
XİDMƏTLƏRİMİZ
Proseslərin vahid elektron sistem üzərindən idarə olunması:
Maliyyə, mühasibatlıq, insan resursları, anbar, satınalma, təchizat və sair şöbələrin vahid elektron sistem üzərindən işinin təşkili. Elektron sistem üzərindən aktivlərin idarə edilməsinin təşkili.
İşçi heyətinin səmərəli istifadəsi:
Müəssisənin lazımi işçi heyəti ilə təmin olunmasında, vəzifə təlimatlarının yazılmasında, faydalı iş əmsalının analiz edilməsində, işçilər arasında düzgün kommunikasiyanın qurulmasında dəstək olmaq.
Biznes proseslərdə sahibkarın hüquqi maraqlarının qorunması:
Biz sizə sifarişçilər, icraçılar, müştərilər, podratçılar, icarəçilər və digər şəxslərlə hüquqi münasibətlərdə, işçi heyətinin vəzifə təlimatlarında, onların maddi məsuliyyət aktlarında, bir sözlə, cari və gələcək fəaliyyət zamanı baş verə biləcək hüquqi risklərin qarşısının alınmasında dəstək oluruq.
Dövlət qurumları və özəl təşkilatlarla hesabatlılığın təşkili:
Dövlət Vergi Xidməti, DSMF ilə yanaşı digər dövlət və özəl təşkilatlar ilə hesabatlılığın təşkil edilməsi.
Pul vəsaitlərinin səmərəli idarə edilməsi:
Ödənişlərin planlı olaraq həyata keçirilməsi, sərbəst vəsaitin səmərəli istiqamətə yönəldilməsi, vergilər üzrə ödənişlərin düzgün təşkil edilməsi, qanunvericiliyə uyğun olaraq sahibkarın nağd pul vəsaiti ilə təmin olunmasına dəstək olmaq.
Biznesin struktur bölmələr üzrə risklərdən qorunması:
Biznesin fəaliyyəti zamanı struktur bölmələr üzrə qərarların düzgün formada qəbul edilməməsi, işlərin plansız icra edilməsi, gələcəkdə yarana biləcək riskləri fikirləşmədən fəaliyyət göstərilməsi biznesinizdə ciddi problemlər əmələ gətirir.

Biz, gələcəkdə yarana biləcək risklərin qarşısının alınması istiqamətində struktur bölmələrin iş prinsipləri ilə tanış olur, yanlış addımların qarşısının alınmasında, iş strukturunun hazırlanmasını təhlil edərək, düzgün fəaliyyət istiqamətinin təşkilində, şöbələr və departamentlər tərəfindən biznesinizə dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasında sizə dəstək oluruq.
Daşınar və daşınmaz əmlakın müdafiəsi ilə yanaşı nəzarət sisteminin təşkil edilməsi:
Əsas vəsaitlərin (daşınmaz əmlakların, nəqliyyat vasitələrinin, avadanlıqların və digər aktivlərin) düzgün inventarizasiyasını təşkil edilməsində, istismarında nəzarətin təmin olunmasında, təyinatdan kənar istifadəsinin və maddi maraq qarşılığında obyektdən kənarlaşdırılmasının qarşısının alınmasında dəstək olmaqla yanaşı nəzarət sisteminin qurulması.
Yaşayış və qeyri-yaşayış obyektlərində kompleks formada idarəetmə xidmətlərinin təşkili:
İnşa etdiyiniz layihələrdə, xərclərinizə nəzarət edərək düzgün büdcə və kommunal tariflərin hesablanmasını, mərkəzi idarəetmə sisteminin qurulmasını, xidmət və həyat keyfiyyətinin artırılmasının təşkili.

Bu xidmətlər çərçivəsində idarəetmə, maliyyə, hüquq, insan resursları, fiziki və elektron nəzarət, texniki xidmətlər (usta, bağban, rəngsaz, çilingər və s.), lift, eskalator, mərkəzi qazanxana və mərkəzi soyutma və s. bu kimi texniki qurğu və avadanlıqlara xidmətləri təşkil edirik.
Biznes maraqlarını işçi heyətinin maraqlarından qorunması:
Biznes proseslər zamanı baş verən hadisələrdə şəffaflığı (satınalma, təchizat, anbar, mühasibatlıq, insan resursları və digər bölmələr üzrə) təmin etmək məqsədi ilə işçi heyətinin maraqlarını minimuma endirməklə, biznesinizi işçi asılılığından azad etməklə sistematik idarəetmənin qurulmasında dəstək oluruq.
2025 All rights reserved.
Developed by...
Business Support Services