Biznes proseslərdə sahibkarın hüquqi maraqlarının qorunması.

Sahibkarlar üçün təklif etdiyimiz hüquqi müdafiə mexanizmləri:
- Tərəfdaşlarla münasibətlərdə hüquqi maraqların müdafiəsi: sifarişçilər, podratçılar, mal satanlar, icraçılar və icarəçilərlə hüquqi münasibətlərin tənzimlənməsi;
- Əmək münasibətləri və maddi məsuliyyət: işçi heyətinin vəzifə təlimatlarının, maddi məsuliyyət aktlarının və daxili intizam qaydalarının tətbiq olunması. Əməkdaşlar tərəfindən daxili sui-istifadə və məlumat sızması hallarının qarşısının alınması;
- Məlumatların mühafizəsi: şirkətinizin unikal biznes modelləri və məxfi məlumatları mərkəzləşdirilmiş sistemdə ciddi giriş icazələri ilə qorunur. Bu, məlumatların icazəsiz istifadəsini və kənar müdaxilələri qeyri-mümkün edir.