Biznes proseslərdə sahibkarın hüquqi maraqlarının qorunması.

huquqi.png 1.84 MB
Biz sahibkarın hüquqi və maddi məsuliyyətini sığortalayan bir mühit qururuq. Yaratdığımız rəqəmsal şəffaflığı sahibkarın etibarlı hüquqi müdafiəsinə çeviririk. 

Sahibkarlar üçün təklif etdiyimiz hüquqi müdafiə mexanizmləri:

  • Tərəfdaşlarla münasibətlərdə hüquqi maraqların müdafiəsi: sifarişçilər, podratçılar, mal satanlar, icraçılar və icarəçilərlə hüquqi münasibətlərin tənzimlənməsi; 
  • Əmək münasibətləri və maddi məsuliyyət: işçi heyətinin vəzifə təlimatlarının, maddi məsuliyyət aktlarının və daxili intizam qaydalarının tətbiq olunması. Əməkdaşlar tərəfindən daxili sui-istifadə və məlumat sızması hallarının qarşısının alınması;
  • Məlumatların mühafizəsi: şirkətinizin unikal biznes modelləri və məxfi məlumatları mərkəzləşdirilmiş sistemdə ciddi giriş icazələri ilə qorunur. Bu, məlumatların icazəsiz istifadəsini və kənar müdaxilələri qeyri-mümkün edir.