Biznesin struktur bölmələri üzrə risklərdən qorunması

risk.png 1.86 MB
Biznesin fəaliyyəti zamanı struktur bölmələr üzrə qərarların plansız qəbul edilməsi və risklərin öncədən proqnozlaşdırılmaması ciddi maddi və mənəvi itkilərə yol açır. Biz müəssisənizin hər bir şöbəsini vahid sistemə inteqrasiya edərək strateji müdafiə sistemi qurur, struktur bölmələri üzrə risk menecmentini təşkil edirik.  

Biz gələcəkdə yarana biləcək risklərin qarşısının alınması məqsədilə struktur bölmələrin iş prinsipləri ilə tanış oluruq. İş strukturunun təhlili və düzgün formalaşdırılması vasitəsilə yanlış addımların qarşısının alınmasına və fəaliyyət istiqamətinin səmərəli təşkilinə dəstək göstəririk. Bununla yanaşı, şöbə və departamentlər tərəfindən biznesinizə dəyə biləcək maddi və mənəvi zərərin qarşısının alınmasında sizə effektiv həllər təqdim edirik.