Biznes proseslərinin vahid elektron sistem üzərindən idarə edilməsi

f65bbfdd-a1fc-44dd-9a0f-28678ae370c5.png 1.81 MB
Biznesin uğuru məlumatların sürətli və dəqiq idarə olunmasından birbaşa asılıdır. Təqdim etdiyimiz vahid elektron sistemini tətbiq etməklə şirkətinizin struktur bölmələrini tək bir platformada birləşdiririk.    

Şirkətiniz üçün vahid elektron sistemi yaratmaqla mürəkkəb prosesləri sadələşdiririk:  

  • Vahid sistem: maliyyə, mühasibatlıq, HR, anbar, satınalma və təchizat kimi vacib şöbələrin işini vahid mərkəzdən koordinasiya edirik;
  • Aktivlərə tam nəzarət: maddi və qeyri-maddi aktivlərinizin hərəkətini real vaxt rejimində izləyir, resursların effektiv idarə olunmasını təşkil edirik;
  • Dəqiq hesabatlılıq: dağınıq sənəd qovluqları və günlərlə hesablatların hazırlanması biznesin inkişafına əngəldir. Tətbiq etdiyimiz sistem məlumatları avtomatik toplayır, insan amilindən qaynaqlanan səhvləri sıfıra endirir; 
  • Dəqiq analitika: maya dəyərinin hesablanmasından tutmuş satışların nəzarətinə qədər bütün məlumatlar bir nöqtədə cəmləşir. Bu da sizə operativ və düzgün qərarlar vermək imkanı yaradır.